Bu gün bir qrup stomatoloq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) inzibati binasının qarşısında etiraz aksiyası keçirib.
Etirazçılar qeyd ediblər ki, hazırda regionlarda stomatoloji xidmətlər üzrə ciddi kadr çatışmazlığı mövcuddur. Belə bir vəziyyətdə ixtisarların aparılması həm vətəndaşların tibbi xidmətə çıxış imkanlarını məhdudlaşdırır, həm də mövcud həkimlərin iş yükünü artırır. Onların fikrincə, bu qərar real ehtiyaclar və mövcud vəziyyət nəzərə alınmadan verilib və əsaslandırılmayıb.
Stomatoloqlar həmçinin səhiyyə sistemində idarəetmə problemlərinə, stomatoloji xidmətlərin təşkili və keyfiyyəti ilə bağlı narazılıqlara da diqqət çəkiblər.
Sizcə, bölgələrdə stomatoloq çatışmazlığı olduğu halda ixtisar qərarı hansı əsaslara söykənir?
İxtisar əvəzinə hansı alternativ idarəetmə modelləri tətbiq edilə bilər?
https://tribuna.az/public/uploads/2026/01/tia_fad54ae1b3046b8a4f222a60268b24b9_ptha679vj51w32ozkgys-300x177.jpg 300w, https://tribuna.az/public/uploads/2026/01/tia_fad54ae1b3046b8a4f222a60268b24b9_ptha679vj51w32ozkgys-768x453.jpg 768w, https://tribuna.az/public/uploads/2026/01/tia_fad54ae1b3046b8a4f222a60268b24b9_ptha679vj51w32ozkgys-24x14.jpg 24w, https://tribuna.az/public/uploads/2026/01/tia_fad54ae1b3046b8a4f222a60268b24b9_ptha679vj51w32ozkgys-36x21.jpg 36w, https://tribuna.az/public/uploads/2026/01/tia_fad54ae1b3046b8a4f222a60268b24b9_ptha679vj51w32ozkgys-48x28.jpg 48w" sizes="(max-width: 799px) 100vw, 799px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; max-width: 100%; height: auto; display: block; margin: 5px auto;" />
Hadisə ilə bağlı Tribuna.az-a açıqlama verən tibb üzrə ekspert Adil Qeybulla bildirib ki, Azərbaycanda bütövlükdə götürəndə həkim çatışmazlığı var.
Adil Qeybullanın sözlərinə görə, nəzərə alsaq ki, bizim gənc həkimlərin, orta yaşlı həkimlər müəyyən bir qrupu ölkəni tərk edir. Və yavaş-yavaş xaricdə işləməyə meyllənirlər. Bu, yaxşı tendensiya deyil. Nəzərə almaq lazımdır ki, tibb kadrlarının düzgün yerləşdirilməsi çox mühüm şərtdir. Bizim elə regionlarımız var ki, orada həkim kadrlar çatmır. Biz onları ixtisar etməməliyik. Bir ara 65 yaşdan yuxarı həkimləri pensiyaya göndərirdilər. Halbuki bu həkimlərin böyük əksəriyyəti təcrübəyə malik olan, tanınan həkimlər idi. Onlar məcburən işsiz qaldılar. Əgər, hər hansı bir dövlət xəstəxanalarında ştat artıqlığı varsa, regionlarda bunu tənzimləmək lazımdır. Yəni, bir yerdə həkim çatmır, digər yerdə həkim artıqlığından ixtisarlar gedir. Bunu bu şəkildə etmək qətiyyən yolverilməzdir. Hələ yaşlı həkimlərin ixtisarının altını çəkəcəyik. Demək ki, təşkilatı iş düzgün qurulmur. Müvafiq səhiyyə strukturları bu məsələnin strategiyasını düzgün hazırlamalıdırlar.
