AZ

Azərbaycanın dövlətlər içərisində tanınmasından 107 il keçir - Şərəfli tarixə ekskurs

Bu gün, 11 yanvar Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransında de-fakto tanınmasının 107-ci ildönümüdür.

Paytaxt.org bildirir ki, 1918-ci il dekabrın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti parlamentin iştirakı ilə Paris Sülh Konfransına göndəriləcək Azərbaycanın nümayəndə heyətinin tərkibini müəyyən edib.

Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinə Məmməd Həsən Hacınski, Əhməd bəy Ağayev, Əkbər ağa Şeyxülislamov, Məhəmməd Məhərrəmov, Mir Yaqub Mehdiyev və Ceyhun bəy Hacıbəyli daxil idi. İstanbula yola düşən nümayəndə heyəti üç ay orada gözlədikdən sonra, nəhayət, viza ala bilib və 1919-cu il aprelin 22-də İtaliya gəmisi ilə Fransaya istiqamət götürüb. Ancaq nümayəndə heyətinin hamısına viza almaq nəsib olmayıb. Mayın əvvəllərində Parisə yetişən Azərbaycan heyəti hələ İstanbulda ikən Ə.Topçubaşov Ə.Ağayev və C.Hacıbəyli tərəfindən hazırlanmış “Qafqaz Azərbaycanı Cümhuriyyətinin Paris Sülh Konfransına Memorandumu” adlı sənəd üzərində yenidən işləyərək, onu daha da təkmilləşdirib. Məqsəd memorandumu Paris Sülh Konfransının keçirildiyi ingilis və fransız dillərində kitabça şəklində hazırlayıb konfrans iştirakçılarına paylamaq idi.

1280px-Azerbaijani_delegation_in_Paris.jpg

Azərbaycan Hökumətinin memorandumu, hələ kitabça şəklində çap edilməzdən əvvəl, ilgilis və fransız dillərində əlyazması şəklində Paris Sülh Konfransının katibliyinə təqdim olunmuşdu.

“Qafqaz Azərbaycam Cümhuriyyətinin Paris Sülh Konfransına Memorandumu” 14 bölmədən ibarət idi. “Azərbaycanın mənşəyi-müstəqil xalqlar və onların tənəzzülü” adlanan 1-ci bölmədə Azərbaycan xalqının mənləyi və formalalma prosesi, Azərbaycanın qədim coğrafi hüdudları, müstəqil xanlıqların yaranması və onların Rusiya imperiyası tərəfindən işğalı barədə Sülh Konfransı iltirakçılarına, Avropa və Amerika ictimaiyyətinə qısa məlumat verilirdi.

Memorandumun “Azərbaycanın yerli əhalisi, onların keçmil rus imperiyasına münasibəti” adlanan 2-ci bölməsində Rusiya ilğalından sonra Qafqazın digər xalqlarına nisbətən azərbaycanlıların daha çox təqiblərə məruz qalması, onların uzun müddət milli məktəbinin, anadilli mətbuatının, xeyriyyə cəmiyyətlərinin qadağan edilməsi, məmurlarının müsəlman xadimlərinə etimadsızlığı və haqqında məlumatlar açıqlanırdı.

“Transqafqaz seymi və federasiyası - onların tənəzzülü və süqutu” adlanan 3-cü bölmə Cənubi Qafqazda müxtəlif dövlət qurumlarının yaradılması, onların daxili və xarici yasəti, Zaqafqaziya seymi daxilindəki ziddiyyətlər, habelə Seymin süqutunun səbəbləri əksini tapmışdı.

Memorandumun “Azərbaycan Cümhuriyyətinin hökuməti və onun paytaxtı Bakı şəhəri” adlanan 4-cü bölməsində Azərbaycanın müstəqilliyinin elan edilməsi, Cümhuriyyət Hökumətinin təşkili, onun fəaliyyəti barədə hərtərəfli və yığcam məlumat verilir, Bakı şəhəri, onun bir paytaxt kimi Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatındakı roluna geniş yer ayrılırdı. Memorandumun 5, 6 və 7-ci bölmələrində Azərbaycan xalqının bolşevik və erməni-daşnak quldurlarına qarşı mübarizəsindən, bolşevik-daşnakların Bakı, Şamaxı, Quba və digər yerlərdə azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərindən və Bakının azad olunmasından bəhs edilirdi.

Azerbaijani_victims_in_Baku.jpg

Memorandumun ən mühüm bölmələri Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi və əhalisinə aid bölmələr idi. Ermənistanın, Gürcüstanın və İranın konfransa təqdim etdikləri ərazi iddiaları bilavasitə Azərbaycana qarşı yönəldiyindən, Cümhuriyyət ərazilərinin tarixən ona məxsus olması, Azərbaycana qarşı iddia qaldırılmış ərazilərdə əhalinin böyük əksəriyyətini ta qədimdən azərbaycanlıların təşkil etməsi tarixi faktlarla əsaslandırılırdı.

“Millətlər liqası. Azərbaycanlıların mövqeyi. Bolşeviklərə qarşı mübarizədə türklərə müraciət” adlanan 13-cü bölmədə Azərbaycan Xalq Cümhuriyyətinin Millətlər liqasına daxil olmaq təşəbbüsü, dünya xalqlan ailəsində özünün qanuni yerini tutmaq üçün Millətlər liqasının tribunasından istifadə arzuları ifadə edilmişdi. Memorandumun sonuncu - 14-cü bölməsində Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransına bəslədiyi ümidlər və konfransdan tələbləri əksini tapmışdı.

Azərbaycan nümayəndə heyətinin tələbləri konfrans nümayəndələrinin ciddi müzakirələrinə səbəb oldu. Gərgin çalışmalar nəhayət, bəhrəsini verdi. 1920-ci ilin yanvarın 11-də Paris Sülh Konfransının Ali Şurası Azərbaycan Cümhuriyəyətinin varlığını de-fakto tanımaq barədə qərar qəbul etdi. Bu, Azərbaycanın Parlamentinin sədri Ə.Topçubaşovun rəhbərlik etdiyi sülh nümayəndə heyətinin, ümumiyyətlə isə, Azərbaycan xalqının, Hökumətinin və diplomatiyasının böyük qələbəsi idi.

Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin 28 may 1919-cu ildə ABŞ prezidenti Vudro Vilsonla görüş zamanı Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını xahiş etməsi ilkin mərhələdə müsbət qarşılanmadı. Vilsonun antitürk mövqeyi, ermənilərə xüsusi münasibəti, həmçinin Sevr Müqaviləsinə əsasən, Azərbaycan və Osmanlı torpaqlarında “Böyük Ermənistan” yaratmaq niyyəti iflasa uğradı. Nəticədə Azərbaycan de-fakto tanınsa da, Ermənistan nümayəndə heyəti bu nəticəyə nail ola bilmədilər.

PARİS2.jpg

Hesab olunur ki, əslində Paris Sülh Konfransı Ali Şurasının Azərbaycan Xalq Cümhuriyyətini tanınması haqqında 1920-ci il 11 yanvar tarixli qərarı Cümhuriyyətimizin de-fakto deyil, de-yure, yəni hüquqi cəhətdən tanınması demək idi. Paris Sülh Konfransı Ali Şurasının həmin qərardan sonra həyata keçirdiyi tədbirlər də bunu təsdiq edir. Belə ki, 1920 il yanvarın 19-da Azərbaycan nümayəndələri Ali Şuranın iclasına dəvət olunmuş, burada hərbi-siyasi xarakterli məsələlər müzakirə edilmişdi. Azərbaycan Cümhuriyyətinin beynəlxalq aləmdə de-yure tanınması onu Sovet Rusiyasının işğalından xilas edə bilməsə də, işğalçı dövlət üçün hüquqi məsuliyyət müəyyən edir. Azərbaycan o dövrdə 114 min kv.km-ədək əraziyə sahib olan ölkə idi. Həmin xəritə bu günədək Millətlər Liqasının arxivində saxlanılır.

Təəssüf ki, Cümhuriyyətimizin sovet Rusiyası tərəfindən süquta yetirilməsindən sonra ərazilərimizin böyük hissəsi ilhaq edilərək Ermənistana verildi.

Musavat.com

Seçilən
24
paytaxt.org

1Mənbələr