Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.
Şəhərin mərkəzində yarımçıq qalan həyat: Hər gün təzələnən güllərin kədərli hekayəsi“Sahil” metro stansiyasından “28 May” stansiyası istiqamətində uzanan yolun kənarında yerləşən, heç vaxt solmayan çiçəklər oradan keçənlərin diqqətini cəlb edir.Yoldan istifadə edənlər bildirirlər ki, həmin ərazidən hər dəfə keçərkən hasarın üzərindəki güllərin daim təzə olduğunu müşahidə edirlər.Şahidlərin sözlərinə görə, ötən il məhz bu nöqtədə ağır yol-nəqliyyat hadisəsi baş verib. Skuterlə hərəkətdə olan gənc qız avtomobilin vurması nəticəsində hadisə yerində həyatını itirib.Bu faciədə övladını itirən ata isə qızının xatirəsini yaşatmaq məqsədilə hər gün onun dünyasını dəyişdiyi yerə təzə qızılgüllər gətirir.
Oxunub 6
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.