AZ

“İğtişaşların əsas iştirakçıları saxlanılıb”

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

İranın milli polis rəisi Əhməd Rza Radan ölkə boyu davam edən kütləvi etirazların əsas təşkilatçıları və mühüm fiqurlarının həbs olunduğunu açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Radan bildirib ki, yanvarın 10-u axşam saatlarında keçirilən əməliyyatlar nəticəsində iğtişaşların əsas iştirakçıları saxlanılıb. O, həmin şəxslərin hüquqi prosedurlardan sonra ən ağır şəkildə cəzalandırılacaqlarını vurğulayıb.

İran Dövlət Televiziyası (IRIB) isə Şiraz və Mazandaran əyalətlərində etirazçıların saxlanılma anını əks etdirən kadrları nümayiş etdirib. Hələlik saxlanılanların dəqiq sayı və şəxsiyyəti barədə rəsmi məlumat verilmir.

Xatırladaq ki, İranda kütləvi etiraz aksiyaları dekabrın 28-dən milli valyutanın kəskin dəyərdən düşməsi və iqtisadi böhran səbəbindən başlayıb. Aksiyalar artıq Tehran, Məlikşah, Kirmanşah və Lordeqan kimi şəhərlərdə şiddətli toqquşmalarla müşayiət olunur. Son məlumatlara görə, toqquşmalarda 116 nəfər həlak olub, 2600-dən çox insan isə saxlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
1
qafqazinfo.az

2Mənbələr