“Komo”nun müdafiəçisi Xakobo Ramonu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın "Caught Offside"yə istinadən məlumatına görə, “Çelsi”, “Tottenhem” və “Liverpul” klubları 21 yaşlı futbolçunun xidmətində maraqlıdırlar. Premyer Liqa təmsilçiləri gənc futbolçunun oyununu yaxından izləmək üçün skautlarını göndəriblər.
Mənbənin məlumatına görə, futbolçunun bazar dəyəri təxminən 18 milyon avro qiymətləndirilsə də, İngiltərə Premyer Liqası təmsilçiləri üçün onun real transfer məbləği xeyli yüksək ola bilər. Bununla belə, prosesə Madrid “Real”ı müdaxilə edə bilər. Belə ki, Ramon “kral klubu”nun yetirməsidir və “Real” müdafiəçini 8 milyon avroya geri almaq hüququna malikdir. Bundan əlavə, “ağ-qaralar” futbolçunun gələcək satışından əldə olunacaq məbləğin 50 faizini də alacaq.
Cari mövsümdə Xakobo Ramon bütün turnirlər daxil olmaqla 17 oyunda meydana çıxıb və iki qol vurub. Futbolçunun “Komo” ilə mövcud müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, onun hazırkı bazar dəyəri 18 milyon avrodur.