AZ

Almaniya Kansleri Hindistana səfər edib

Berlin, 11 yanvar, AZƏRTAC

Almaniya Kansleri Fridrix Merts Hindistana rəsmi səfərə yola düşüb.

AZƏRTAC xəbər verir ki, yanvarın 13-dək davam edəcək səfər çərçivəsində Əhmədabad şəhərində Kanslerin Hindistanın Baş naziri Narendra Modi ilə görüşü nəzərdə tutulub.

Sonra Fridrix Merts Banqalora səfər edəcək və orada, həmçinin alman şirkətlərinin nümayəndələri ilə görüşəcək.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
85
15
azertag.az

10Mənbələr