AZ

"Sabah" 3 dəqiqədə 2 qol vurdu, qələbə qazandı

style='margin-bottom:10px;'>

Qış təlim-məşq toplanışını Azərbaycanda davam etdirən "Sabah" və "Şamaxı" bu gün yoxlama oyununda üz-üzə gəlib.

QOL.az xəbər verir ki, "Bank Respbulika Arena"da keçirilən qarşılaşmada "Sabah" bölgə təmsilçisini 2:0 hesabı ilə məğlub edib.

"Sabah"ın qollarını 26-cı dəqiqədə Cesse Sekidika və 29-cu dəqiqədə Stefen Ende vurublar.

Qeyd edək ki, bu, hər iki komandanın ilk yoxlama matçı olub. "Şamaxı" yanvarın 17-də “Liv Bona Dea Arena”da U-21 millimizlə də qarşılaşacaq. "Sabah"ın isə hələlik digər rəqibi açıqlanmayıb.

Seçilən
112
2
teleqraf.com

4Mənbələr