AZ

''Fənər''in qapıçısının İspaniya iztirabı davam edir

Mövsümün əvvəlində ''Fənərbaxça''dan ayrılaraq icarə əsasında ''Jirona''ya yollanan Dominik Livakoviç karyerasının ən çətin və qeyri-müəyyən dönəmini yaşamaqda davam edir.

"Football-plus.az" xəbər verir ki, ''Jirona''ya gəldikdən sonra ilk aylarda oynamaq şansı qazanmadığı üçün baş məşqçi Miçeldən inciyən xorvatiyalı qapıçının vətəninə qayıdacağı gözlənilirdi.

O hətta Xorvatiyaya da yollanmışdı. Amma Zaqreb ''Dinamo''su ''Fənərbaxça'' ilə anlaşa bilməyib. Bu üzdən Livakoviç kor-peşman ''Jirona''nın düşərgəsinə qayıtmalı olub. Hətta onun oynamayacağı bilinsə də, adı şənbə günü ''Osasuna'' ilə matçın (1:0) iştirak ərizəsinə salınıb. Buna baxmayaraq baş məşqçi Miçel qeyd edib ki, Livakoviçin ayrılması bu məqamda hər iki tərəfin lehinə olacaq.

''Jirona'' həm də ''Barselona''dan Ter Ştegeni icarəyə götürmək istəyir. Bunun üçün ilk növbədə Livakoviç ayrılmalıdı. 31 yaşlı qapıçı həm də ''Jirona''dan başqa səbəbə görə ayrılmaq istəyir. Livakoviç bu mövsüm ''Fənərbaxça''da artıq rəsmi oyun keçirib.

FİFA-nın qaydalarına görə bir futbolçu bir mövsümdə 3 fərqli klubda oynaya bilməz. Livakoviç ''Jirona''da rəsmi oyuna çıxsa, artıq başqa kluba keçə bilməyəcək. Bu üzdən o, İspaniya təmsilçisində oyuna çıxmadan ayrılmaq istəyir. O, dünya çempionatında iştirak etmək istədiyi üçün mütləq ikinci dövrədə oyun praktikasına sahib olma arzusundadı. Bu üzdən Livakoviçin gələcək aqibəti böyük maraq doğurur.

Transfer dəyəri 4 milyon avro olan bu qapıçının ''Fənərbaxça'' ilə 2028-ci ilə qədər müqaviləsi var.

Seçilən
28
1
football-plus.az

2Mənbələr