AZ

Maduro oğlu vasitəsilə tərəfdarlarına mesaj göndərib

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hazırda ABŞ həbsxanasında saxlanıldığı bildirilən Venesuela prezidenti Nikolas Maduro tərəfdarlarına oğlu Nikolas Maduro Guerra vasitəsilə mesaj göndərib və onları kədərlənməməyə çağırıb. Bu barədə El Universal nəşri məlumat yayıb. Maduro Guerranın sözlərinə görə, Venesuela prezidenti ondan güclü olduğunu çatdırmağı xahiş edib. “Bu bizə xatırladır ki, biz döyüşçüyük”, — deyə Maduro oğlu əlavə edib. O, həmçinin bildirib ki, atası silahdaşlarından “başları dik” şəkildə irəliləməyi, öz məğlubedilməzliklərini unutmamağı istəyib.

M.Həsənli

AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
103
14
azvision.az

10Mənbələr