AZ

Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinindaha da yüksəldilməsi məqsədilə 12 yanvar tarixindən etibarən ilkdəfə Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə müntəzəm sərnişindaşımaxidmətinə başlayır.

ADY-dən Trend-əbildirilib ki, müasir elektrik qatarı hər gün saat 10:10-da GəncəDəmiryol Vağzalından Qəbələ istiqamətinə, saat 18:00-da isəQəbələdən Gəncəyə hərəkət edəcək. Səfərin ümumi müddəti 1 saat 50dəqiqə təşkil edir.

Sərnişinlər marşrut üzrə Goran, Yevlax, Ləki və Ağdaş stansiyavə dayanacaqlarından da istifadə edə biləcəklər.

Qatarlarda standart, standart+, biznes və birinci siniflər üzrəsəyahət imkanları təklif olunacaq.

Biletlərin minimal qiyməti Gəncə–Qəbələ istiqamətində 4.30 AZN,Ləki–Qəbələ istiqamətində isə 1.70 AZN təşkil edir.

Bu reys Bakıdan Qəbələyə və əks istiqamətə hər gün səfər etməyədə imkan verəcək. Belə ki, Bakı–Qazax qatarı ilə saat 10:50-də Ləkistansiyasına çatıb, daha sonra saat 11:12-də Gəncə–Qəbələistiqamətində hərəkət edən qatarla Qəbələyə səfər etmək mümkündür.Sərnişinlər Qəbələ–Gəncə qatarından istifadə edərək saat 18:45-dəLəki stansiyasına çatıb, saat 19:02-də Qazax–Bakı qatarı ilə Bakıyagələ bilərlər.

Biletləri ADY-nin rəsmi veb-saytı və “ADY Mobile” tətbiqivasitəsilə almaq olar.

Yeni sərnişindaşıma marşrutu qərb və şimal-qərb bölgələriarasında əlçatanlığın artırılmasına və daxili turizmin inkişafınatöhfə verəcək. Bu, Gəncə–Mingəçevir–Gəncə marşrutundan sonraADY-nin ikinci regiondaxili sərnişindaşıma marşrutu olaraqbölgələrdə nəqliyyatın imkanlarının artırılmasına, regionlararasınəqliyyat bağlantısının və mobilliyin genişləndirilməsinə xidmətedəcək.

Seçilən
62
49
az.trend.az

10Mənbələr