Bakı. Trend:
Öz haqlarını əldə etmək üçün etiraz etmək İran vətəndaşlarınınhaqqıdır.
Trend-inməlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün İranvətəndaşlarına müraciətində deyib.
Onun sözlərinə görə, İran hökuməti bu istiqamətdə vətəndaşlarladanışıqlar aparmaq və problemləri həll etməyə çalışır.
Pezeşkian bildirib ki, hökumət etiraz edən, haqqını tələb edənvə nigaranlığı olan heç bir şəxsi görməməzlikdən gəlmir.
“Mən özüm etirazçılardan bir qrupu ilə iclas təşkil etmişəm. Hərhansı nigaranlıqları varsa, kömək etmək əzmində olduğumuzubildirdik”, - deyə o qeyd edib.
Pezeşkian deyib ki, İran hökuməti ədalətin icra olunmasıistiqamətində vətəndaşlara vədlər verib. Bu məsələdə hər hansıayrı-seçkilik olmayacaq. Hökumət korrupsiya, renta, qaçaqçılıq,rüşvətxorluğun kökünü qurutmağa çalışır. Çünki nəticə etibarı iləqaçaqçılıq, renta, korrupsiya və sairənin qurbanı İran vətəndaşlarıolur.
Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutasırialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksəkinflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyalarıbaşlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də,say haqda məlumat verilməyib.