AZ

"Mançester Yunayted" "Çelsi"nin futbolçusunu istəyir

Bakı. Trend:

"Mançester Yunayted" klubdaxili danışıqlardan sonra “Çelsi”ninfutbolçusu Koul Palmerə təklif göndərməyi qərar verib.

Trend"Footballtransfers"ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”klubdakı gələcəyi qeyri-müəyyən olan 31 yaşlı yarımmüdafiəçi BrunoFernandesin gedişini nəzərə alaraq, onu Palmerlə əvəzləyəcək.

London klubunun da ingilis futbolçunu satmağa hazır olduğubildirilir.

Bu mövsüm Palmer bütün yarışlarda 12 oyunda iştirak edib və dördqol vurub. Onun “Çelsi” ilə hazırkı müqaviləsi 2033-cü ilin yayınaqədərdir.

"Transfermarkt"dakı məlumata görə, onun bazar dəyəri 120 milyonavrodur.

Seçilən
35
1
az.trend.az

2Mənbələr