“Nyukasl” və İrlandiya millisinin əfsanəsi Şey Qiven, Uilfrid Nansın “Seltik”in baş məşqçisi olduğu dövrü “Holokost” adlandırması qalmaqala səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Mütəxəssis Şotlandiya nəhəngində cəmi bir ay idi ki, çalışırdı və Qivendən “Final Score” verilişində onun təcrübəsi barədə soruşulub. Keçmiş futbolçu zarafat etmək qərarına gəlib və bu dövrü “Holokost” adlandırıb.
Qiven sonda ictimaiyyətdən üzr istəməyə və BBC-dəki çıxışlarından birinin qonorarını Holokost Təhsil Fonduna bağışlayacağını elan etməyə məcbur olub.