AZ

Üç nəhəng İlon Maska qarşı birləşir Qalmaqal

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Böyük Britaniya milyarder İlon Maska məxsus X sosial media platformasının mümkün qadağası ilə bağlı Kanada və Avstraliya ilə danışıqlar aparıb.

Axar.az xəbər verir ki, bu barədə “GB Nyus” məlumat yayıb.

Nəşrin məlumatına görə, Maskın sosial şəbəkəsi süni intellekt çatbotu Grok-un qadın və uşaqların açıq-saçıq görüntülərini yaratmaq üçün istifadə edilməsi ilə bağlı yaranan qalmaqalın mərkəzində yer alıb.

Məhz bu səbəbdən Böyük Britaniya hazırda digər ölkələrlə üçtərəfli birgə cavab tədbirləri barədə danışıqlar aparır.

“GB Nyus” qeyd edir ki, Avstraliya və Kanada dipfeyk (deepfakes) problemi ilə bağlı Böyük Britaniyanın Baş naziri Keyr Starmerin narahatlıqlarını bölüşür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
82
axar.az

1Mənbələr