Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.
Türkiyənin "Beşiktaş" klubunda icarə əsasında çıxış edən Temmi Abraham yenidən İngiltərə Premyer Liqasının gündəminə düşüb.
Fanat.Az "Telegraph" nəşrinə istinadən xəbər verir ki, "Aston Villa" klubu yanvar transfer pəncərəsində ingiltərəli hücumçunu heyətinə qatmaq üçün rəsmi müraciətə hazırlaşır.
Hazırda Türkiyə Super Liqasında 17 matçda 7 qol və 1 assistlə yadda qalan Abraham, "Roma"dan icarəyə götürülüb. "Aston Villa" rəhbərliyi Olli Votkinslə rəqabət yarada biləcək təcrübəli hücumçu axtarışında Abrahamı ən uyğun variant hesab edir.
Ümumilikdə mövsüm ərzində bütün turnirlərdə 12 qol vuran futbolçunun İngiltərəyə qayıtmağa müsbət yanaşdığı bildirilir. "Beşiktaş"ın bu transferə razılıq verməsi üçün "Roma" ilə qarşılıqlı razılaşma əldə olunmalıdır.
Kamil Xudiyev
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.