GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Rusiyanın “Oreşnik” raketinin Lvov yaxınlığında yerləşdiyi iddia olunan gizli bunkeri hədəfə ala biləcəyi ehtimalını realdır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Russia Segodnaya” məlumat yayıb.
Qeyd olunub ki, yerli mənbələr həmin ərazidə Sovet dövründən qalan və sonradan yüksək vəzifəli şəxslər üçün uyğunlaşdırıldığı deyilən yeraltı obyektin olduğunu xatırladır. İddialara görə, zərbə zamanı bunker və içərisində olanlar tamamilə məhv edilə bilərdi.
Rusiyapərəst mənbələr Lvov vilayətində rabitənin kəsilməsini müəyyən məlumatların gizlədilməsinə cəhd kimi qiymətləndirir və bu dəfə yüksək partlayıcı döyüş başlıqlarından istifadə edildiyini iddia edirlər. Qeyd olunur ki, ərazidə yerləşən bunker Zelenskinin sığınacağı ola bilər və çox güman ki, həmin zərbə məhz Zelenskinin öldürülməsi üçün planlaşdırılmışdı.
Həmçinin bunkerdə Ukrayna rəhbərliyi ilə yanaşı, NATO ölkələrindən olan yüksək rütbəli hərbçilərin də ola biləcəyi ehtimal edilir. Qeyd olunur ki, bu məlumatlar rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.
Tahir Turan
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.