Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bu gün dünyada avtonom maşınların hazırlanması, süni intellektə əsaslanan idarəetmə üzrə qızğın iş gedir.
Avtosfer.az xəbər verir ki, sürücüsüz taksiyə Çin və ABŞ-də rast gəlmək mümkündür. Lakin bu sahədə ən çox irəli gedənlər Almaniya şirkətləridir. Bu qənaətə baş ofisi Qladbax şəhərində yerləşən “Center of Automotive Management” (CAM) təşkilatı gəlib.
İnstitut bildirir ki, “Mercedes” və BMW bu sahədə ən qabaqcılllardır. Hər 2 markanın bəzi modellərində sürücü qısa müddətə idarəetmədən ayrıla bilər. artıq onların avtonom idarəetməsi 3-cü səviyyədir.
Çinə gəldikdə isə, BYD, “Nio” et “Xpeng” 2+ səviyyəsinə iddialıdır. Eyni vəziyyət “Tesla”ya da şamil edilir. Halbuki, beynəlxalqa təsnifatda 2+ səviyyəsi nəzərdə tutulmur.
Lakin Almaniya və Çin modellərində pilotsuz sistemlərin tətbiqi ilə bağlı bir vacib məıqam var. “Mercedes” və BMW-də sözügedən sistemlər yalnız lüks və premium modellərdə əlçatandır. Çin maşınlarında isə daha kütləvi modellərdə də pilotsuz sistemlərin tətbiqinmə geniş rast gəlinir.
CAM iddia edir ki, Almaniya şirkətləri avtomobildə süni intellektin tətbiqi ilə bağlı çox irəlidədirlər. Lakin çinlilərin bu fərqi aradan qaldıracağı istisna edilmir.
Vüqar

Oxunub 96
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.