AZ

Sərxoş ananın dünyaya gətirdiyi körpənin qanında GÖRÜN NƏ TAPILDI

Hamilə olan 38 yaşlı polşalı qadın qanında təhlükəli səviyyədə spirt olan uşaq dünyaya gətirib.

Publika.az xəbər verir ki, bu barədə "TVP World" məlumat yayıb.

Hamiləliyin 36-cı həftəsində qadın xəstəxanaya yerləşdirilib. Həkimlər onun sərxoş olduğunu müəyyən ediblər və analizlər onun qanında xeyli miqdarda spirt aşkar edib.

Doğuş zamanı ananın vəziyyəti körpəni təhlükəyə atdığı üçün həkimlər qeysəriyyə əməliyyatı etmək qərarına gəliblər.

Körpə dünyaya gəldikdən sonra onun da qanında spirt olduğu məlum olub. Körpənin vəziyyəti hazırda stabildir.

Seçilən
55
publika.az

1Mənbələr