AZ

Kuba Prezidenti: Müstəqilliyimizi son damla qana qədər qoruyacağıq

BAKI, 11 yanvar. TELEQRAF

Kuba prezidenti Migel Dias-Kanel ölkəsinin ABŞ-nin təzyiqlərinə baxmayaraq müstəqilliyini və suverenliyini qorumağa hazır olduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, Dias-Kanel bu barədə ABŞ prezidenti Donald Trampın açıqlamalarına münasibət bildirərkən "X" sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, Kuba 66 ildir ABŞ-nin hücum və təzyiqlərinə məruz qalır və buna baxmayaraq heç kim Havananın nə edəcəyini diktə edə bilməz.

Prezident vurğulayıb ki, ABŞ-nin Kubanı ittiham etməyə mənəvi haqqı yoxdur, çünki məhz Vaşinqton insan həyatları da daxil olmaqla hər şeyi biznesə çevirir. Dias-Kanelin sözlərinə görə, Kubaya qarşı yönələn ittihamlar xalqın öz siyasi modelini seçmək kimi suveren qərarını qəbul edə bilməməkdən qaynaqlanır.

O əlavə edib ki, Kubanın üzləşdiyi ciddi iqtisadi çətinliklərin əsas səbəbi ABŞ-nin altı onillikdir tətbiq etdiyi sərt sanksiyalar, təzyiq siyasətidir və Vaşinqton bu tədbirləri daha da sərtləşdirməklə hədələyir.

Qeyd edək ki, yanvarın 11-də ABŞ prezidenti Donald Tramp Kubanın Venesueladan neft və maliyyə dəstəyi almayacağını bəyan edib.

Seçilən
117
teleqraf.com

1Mənbələr