İngiltərə Premyer Liqasının liderlik uğrunda mübarizə aparan təmsilçisi "Arsenal" "Nyukasl Yunayted"in müdafiəçisi Tino Livramento ilə yaxından maraqlanır.
Fanat.Az xəbər verir ki, London klubu gənc sağ cinah müdafiəçisini transfer siyahısının ilk sırasına daxil edib.
Lakin bu keçidin reallaşması "topçular" üçün heç də ucuz başa gəlməyəcək. "Nyukasl Yunayted"in ulduz futbolçu üçün 60 milyon funt-sterlinqdən yuxarı təzminat tələb etdiyi bildirilir. Cari mövsümdə "sağsağanlar"ın heyətində 17 matçda meydana çıxan Livramento, müdafiədəki etibarlı oyunu ilə yanaşı, hücumlara verdiyi dəstəklə də seçilir.
Mikel Artetanın şəxsən istədiyi bu transferin yanvar ayında reallaşıb-reallaşmayacağı idman ictimaiyyəti tərəfindən maraqla gözlənilir.
Kamil Xudiyev