AZ

Ukrayna ilə bağlı siyasət Avropanı parçalayacaq Orban xəbərdarlıq etdi

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Macarıstanın Baş naziri Viktor Orban Ukrayna ilə bağlı siyasətin Avropanı zəiflədərək iqtisadi çöküşə aparacağını iddia edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

Orbanın sözlərinə görə, Ukrayna yaxın on ildə hərbi xərclərdən əlavə təxminən 800 milyard avro maliyyə dəstəyi tələb edir və bu yük Avropa iqtisadiyyatı üçün təhlükəlidir:

“Kiyevə bu həcmdə yardım göstərilməsi Avropa ölkələrinin öz vətəndaşları üçün nəzərdə tutulan sosial proqramlardan imtina etməsi demək olacaq”.

O vurğulayıb ki, Macarıstan ilk növbədə öz xalqının rifahına üstünlük verəcək.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
globalinfo.az

1Mənbələr