İngiltərə Ulusal Liqasında mübarizə aparan "Makklesfild" klubu Federasiya Kubokunun 3-cü turunda böyük bir sürprizə imza ataraq bütün diqqətləri üzərinə çəkib.
Fanat.Az xəbər verir ki, "Makklesfild" turnirin son çempionu "Kristal Pelas"ı 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
Bu qələbə ilə "Makklesfild" 2009-cu ildəki "Ketterinq Taun"dan sonra Federasiya Kubokunda bir Premyer Liqa komandasına qarşı iki qol vuran ilk Ulusal Liqa təmsilçisi olub.
Qeyd edək ki, komanda ötən ay hücumçusu Etan Makleodu avtomobil qəzasında itirmişdi və bu qələbə klub üçün mənəvi baxımdan olduqca əhəmiyyətlidir.
Statistik göstəricilərə görə, "Kristal Pelas" matç boyu 65% topa sahib olma üstünlüyünə malik olsa da, "Makklesfild"in əks-hücumları həlledici rol oynayıb. Azarkeşlər bu tarixi qələbəni klubun dirçəlişinin simvolu kimi qiymətləndirirlər.
Kamil Xudiyev