Bakı. Trend:
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasınınməşqçilər heyətində yeni təyinatlar həyata keçirilib.
Trend xəbər verir ki, qəraraəsasən, Rəşad Hüseynov U-21-in məşqçisi, Qara Qarayev isə analitikvəzifəsinə təyin olunub.
AFFA rəhbərliyi yeni təyinatların 21 yaşadək futbolçulardanibarət Azərbaycan millisinin inkişafına, gənc oyunçuların hazırlıqprosesinin daha səmərəli təşkilinə və beynəlxalq oyunlara dahasistemli şəkildə hazırlanmalarına töhfə verəcəyinə ümid edir.
Qeyd edək ki, 25 yaşından məşqçilik fəaliyyəti ilə məşğul olanRəşad Hüseynov müxtəlif illərdə “Rəvan”, “Zirə”, “Sabah” və“Neftçi” klublarında çalışıb. 36 yaşlı mütəxəssis “Sabah”da əsaskomandanın baş məşqçisinin köməkçisi vəzifəsini də yerinəyetirib.
Azərbaycan futbolunun tanınmış simalarından olan Qara Qarayevinisə peşəkar karyerasının böyük hissəsi “Qarabağ”la bağlı olub.Milli komandamızın 33 yaşlı sabiq yarımmüdafiəçisi daha sonra“Neftçi” və “Araz-Naxçıvan”da çıxış edib.