İngiltərə premyer-liqasında dekabr ayının ən yaxşı məşqçisi adına namizədlər müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, fərdi mükafat uğrunda 4 mütəxəssis mübarizə aparacaq. Namizədlər və onların dekabr ayı ərzindəki göstəriciləri belədi: Mikel Arteta (Arsenal) - 6 oyun, 5 qələbə, 1 məğlubiyyət, Xosep Qvardiola (Mançester Siti) - 5 oyun, 5 qələbə, Unay Emeri (Aston Villa) - 6 oyun, 5 qələbə, 1 məğlubiyyət, Daniel Farke (Lids) - 5 oyun, 2 qələbə, 3 heç-heçə. Qalib azarkeşlər və ekspertlər arasında keçirilən səsverməyə əsasən müəyyən ediləcək.
Xatırladaq ki, noyabr ayında fərdi mükafata dekabrda “Çelsi”dən qovulan Entso Mareska layiq görülmüşdü.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta