AZ

Süni intellekt hansı sektorlarda investisiya cəlbediciliyini artırır?


Süni intellekt texnologiyalarının sürətli inkişafı ABŞ fond bazarında sektorlararası balansı köklü şəkildə dəyişib.
Yeniavaz.com
“Deutsche Bank”a istinadən xəbər verir ki, son üç ildə texnologiya ilə sıx əlaqəli sahələr bu dövrdə təxminən 80% artım göstərən “S&P 500” indeksini əhəmiyyətli dərəcədə üstələyib.
“ChatGPT”nin istifadəyə verilməsindən sonra kommunikasiya texnologiyaları sektoru bazarın mütləq liderinə çevrilib. Sözügedən sektor investorlarına 185% gəlir gətirib. Bu sürətli artım əsasən “Meta” şirkətinin səhmlərinin təxminən beş dəfə bahalaşması ilə əlaqələndirilir. Mütəxəssislər bunu rəqəmsal platformaların süni intellektlə uğurlu inteqrasiyasının nəticəsi kimi qiymətləndirirlər.
Kommunikasiya texnologiyalarını 157% artımla informasiya texnologiyaları sektoru izləyir. Bu iki sahə çip istehsalçıları və bulud xidmətləri provayderləri ilə birlikdə süni intellekt infrastrukturunun əsas onurğa sütununu təşkil edir və bazarda ən böyük kapital axınını cəlb edir.
Texnologiya sektorundan geri qalsa da, istehlakçı seçimləri və ya qeyri-zəruri mallar sektoru da bazarın ümumi tempinə uyğunlaşmağı bacarıb. Bu sahədə son üç ildə 78% artım qeydə alınıb ki, bu da süni intellektdən dolayı yolla faydalanan rəqəmsal platformaların uğuru ilə izah olunur.
Ayrı-ayrı şirkətlərin göstəriciləri isə süni intellekt bumunun miqyasını daha aydın nümayiş etdirir. Yarımkeçirici sənaye süni intellektə artan tələbatdan ən çox faydalanan sahə olub. Bu prosesin əsas benefisiarı sayılan “Nvidia” şirkətinin səhmləri 1020% bahalaşaraq ABŞ-nin ən iri şirkətləri arasında rekord göstəriciyə imza atıb. Analitiklərin fikrincə, bu artım süni intellekt yönümlü çiplərə olan yüksək və davamlı tələbatla birbaşa bağlıdır.
Bundan əlavə, süni intellekt sürətləndiriciləri və şəbəkə avadanlıqları sahəsində lider olan “Broadcom” şirkətinin səhmləri təxminən 700% artıb. “Western Digital” və “Meta” şirkətləri də diqqətçəkən nəticələr göstərərək gəlirlərini 500%-ə yaxınlaşdırıb və ya bu həddi keçib.
Seçilən
49
1
yeniavaz.com

2Mənbələr