İstanbulda gözlənilən əlverişsiz hava şəraiti səbəbindən şəhər üzrə sabah bütün məktəblərdə dərslər dayandırılıb.
KONKRET.az xəbər verir ki, İstanbul Valiliyinin yaydığı məlumata görə, hava temperaturunun enməsi və yağıntıların bəzi ərazilərdə güclü olacağı gözlənildiyindən ani sel, su basqını, ildırım və yerli dolu yağışı riskinə qarşı əhalinin diqqətli olması tövsiyə olunur.
Meteorologiya Baş İdarəsinin son qiymətləndirməsinə əsasən, axşam saatlarında İstanbulun Avropa yaxasının yüksək ərazilərində yağıntıların sulu qara keçəcəyi ehtimal edilir.
Rəsmilər vətəndaşları hava şəraiti ilə bağlı edilən xəbərdarlıqları yaxından izləməyə çağırıb.
Natiq Səlim,
KONKRET.az