Ölkədə avtomobillərin qiymətində artım var. Bahalaşma əsasən yeni avtomobillər şamil olunur və gömrük rüsumlarının artması ilə əlaqdardır.
Xezerxeber.az xəbər verir ki, bunu avtomobil satışı üzrə ekspert Sərxan Qədirov bildirib.
Onun sözlərinə görə, qiymətlərdə bahalaşma xüsusilə hibrid avtomobillərə şamil olunur. Bu isə 92 markalı və dizel yanacağının bahalşması ilə əlaqədardır. Ekspert deyir ki, ölkədəki ikinci əl avtomobillərin də qiymətində artım var.
Ekspert bildirdi ki, Avropadan gətirilən avtomobillərə isə tələbat xeyli azalıb. İndi Avropadan ölkəmizə daha çox yük avtomobilləri gətirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.