AZ

2025 ci ildə istehsalı dayandırılmış avtomobillər FOTO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

2025-ci il avtomobil dünyasında maraqlı hadisələrlə yadda qaldı. Bu il ilk növbədə əksər ölkələrdə elektromobil və hibridlərin ənənəvi modelləri üstləməsi ilə xarakterizə olundu.

Avtosfer.az xəbər verir ki, yola saldığımız ildə bəzi məşhur modellərin istehsalı dayandırılıb. 2018-ci ildə istehsalına başlanan “Audi Q8 e-tron” bu ilin ortalarında konveyerlə vidalaşdı.1998-ci ildən konveyerdə olan “Ford Focus”un da son modelləri bu payızda yığıldı. Avtomobil son illərdə əsas bazarlarda populyarlığını itirmişdi.

2007-ci ildən istehsal edilən “Kia Ceed” müxtəlif versiyalarda bazar çıxarılıb. Avtomobil populyarlığını itirməsə də, Kia onun bazasında daha müasir model hazırlamaq istədiyi üçün istehsalı dayandırdı.Bundan başqa, il ərzində “Mercedes B”, “Volkswagen T-Roc cabriolet”, “Volkswagen Arteon Shooting brake”, BMW X4, “Mazda 2”, “Mazda MX-30”, “Peugeot 508”, “Porsche 718 GT4 RS”, “Porsche Spyder RS”, “Suzuki Swace” və “Volvo V90” modelləri konveyerlə vidalaşıb.

Vüqar

Oxunub 32

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
avtosfer.az

1Mənbələr