Xəbər verdiyimiz kimi, Bakıda Şadlıq sarayında yanğın baş verib.
Hadisə ilə bağlı sarayın inzibatçısı “Xəzər Xəbər”ə danışıb. O bildirib ki, yanğına səbəb dekor qurğuları olub
Şadlıq sarayının inzibatçısı deyir ki hadisə zamanı xəsarət alan, tüstüdən zəhərlənən olmayıb.
Onun sözlərinə görə, qığılcım şadlıq sarayındakı işıqlandırma və tüstüvurma üçün istifadə edilən dekorasiya sistemində başlayıb.
Sonradan açıq alovla müşayiət olunan yanğın zamanı dekorasiya üçün istifadə edilən tüstü qutuları da açılıb və zalı tüstü bürüyüb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.