AZ

İstanbulda əlverişsiz hava şəraiti səbəbindən 54 uçuş təxirə salınıb

Bakı. Trend:

Yanvarın 12-sinə gözlənilən əlverişsiz hava şəraiti səbəbindənİstanbul hava limanında nəzərdə tutulan 54 səfər (qalxış və eniş)təxirə salınıb.

Trend xəbər verirki, bu barədə “Türk Hava Yolları” (THY) aviaşirkətinin mediamüşaviri Yahya Üstün məlumat yayıb.

Onun sözlərinə görə, bu qərar Türkiyənin Meteoroloji FövqəladəHallar Komitəsi (MADKOM) tərəfindən qəbul edilib və uçuşlarla bağlıən son məlumat THY-nin rəsmi səhifəsində yayımlanacaq.

Qeyd edək ki, sabaha gözlənilən güclü qar yağışı səbəbindənİstanbulda təhsil ocaqlarında da birgünlük ara verilib.

Seçilən
24
11
az.trend.az

10Mənbələr