ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.
Finlandiya Konvensiyadan çıxmaq qərarını pisləşən qlobal təhlükəsizlik vəziyyəti ilə əsaslandırıb
Finlandiya Piyada Əleyhinə Minaların Qadağan Edilməsi və Məhv Edilməsi haqqında BMT Konvensiyasından (Ottava Konvensiyası) rəsmi olaraq çıxıb. AYNA.AZ xarici mediaya istuinadən bildirir ki, qərar digər müqavilə üzvlərinə və BMT-yə rəsmi olaraq bildirildikdən altı ay sonra qüvvəyə minib.
Ölkə parlamenti 19 iyun 2025-ci ildə bu addımın lehinə səs verib. Bir ay sonra Helsinki konvensiyadan çıxma prosesinə başlayəb.
Finlandiya Ottava Konvensiyasından çıxmaq qərarını pisləşən qlobal təhlükəsizlik vəziyyəti ilə əsaslandırıb.
"Reallıq budur ki, qonşumuz Ottava Konvensiyasının tərəfi olmayan və özü də minalardan amansızcasına istifadə edən Rusiya adlı təcavüzkar imperialist dövlətdir", - Finlandiya Prezidenti Aleksandr Stubb 2025-ci ilin iyun ayında bildirib.
Əvvəllər Estoniya, Latviya, Litva və Polşa parlamentləri Rusiyaya yaxın olduqlarını da qeyd edərək Ottava Konvensiyasından çıxmaq qərarı vermişdilər. Litva rəsmi olaraq 2025-ci ilin dekabr ayında konvensiyada iştirakını dayandırıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.