İngiltərə Kubokunun üçüncü raundu çərçivəsində “Portsmut” ilə London “Arsenal”ı arasında keçirilən oyun başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, qarşılaşma Portsmut şəhərindəki “Fretton Park” stadionunda baş tutub və qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı oyunun 3-cü dəqiqəsində meydan sahiblərinin hücumçusu Kolbi Bişop açıb. Lakin cəmi beş dəqiqə sonra “Portsmut”un yarımmüdafiəçisi Andre Dozzell topu öz qapısına göndərərək tarazlığı bərpa edib. 25-ci dəqiqədə Qabriel Martinelli “Arsenal”ı hesabda önə çıxarıb. İlk hissənin sonlarında, 43-cü dəqiqədə londonlular 11 metrlik cərimə zərbəsindən yararlana bilməyiblər.
İkinci hissədə Qabriel Martinelli yenidən səhnəyə çıxıb. Braziliyalı futbolçu 51-ci dəqiqədə dublunu rəsmiləşdirib, 72-ci dəqiqədə isə het-trik edərək matçın yekun hesabını müəyyənləşdirib.
Bu nəticə ilə “Arsenal” İngiltərə Kubokunda növbəti mərhələyə yüksəlib.