AZ

Böyük Britaniya, Avstraliya və Kanada X platformasına beynəlxalq qadağa tətbiqini müzakirə edir

Bakı. Trend:

Böyük Britaniya Avstraliya və Kanada ilə birgə X sosial mediaplatformasına beynəlxalq qadağa qoyulmasını müzakirə edir.

Trend xəbər verirki, bu barədə "GB News" kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, London sosial şəbəkəyə inteqrasiyaolunmuş "Grok" çatbotundan narahatdır. Çatbot istifadəçilərə istəkəsasında qadın və uşaqların açıq-saçıq şəkillərini yaratmağa imkanverir.

Avstraliya və Kanadadakı səlahiyyətlilər Britaniya Baş naziriKir Starmerin narahatlıqlarını bölüşürlər.

Böyük Britaniyanın Elm, İnnovasiya və Texnologiya naziri LizKendall da media tənzimləyicisi "Ofcom"un X-ə girişi tamamiləbloklamağı tövsiyə edəcəyi təqdirdə onu dəstəkləyəcəyinibildirib.

Seçilən
27
2
az.trend.az

3Mənbələr