Münhen “Bavariya”sının hücumçusu Harri Keyn ardıcıl dördüncü oyunda qol vuraraq məhsuldar seriyasını davam etdirib.
90deqiqe.Az-ın məlumatına görə, ingiltərəli futbolçu Bundesliqanın 16-cı turunda “Volfsburq”a qarşı keçirilən görüşdə də fərqlənib.
Matçın 69-cu dəqiqəsində Keyn qonaqların qapısına altıncı qolu göndərib. Forvard daha əvvəl “Haydenhaym”, “Maynts” və “Ştutqart”la qarşılaşmalarda da qol sevinci yaşamışdı.
Cari mövsümdə Harri Keyn bütün klub turnirləri üzrə 25 oyunda 30 qol vurub. İngiltərə millisinin hücumçusu Bundesliqada cəmi üç matçda fərqlənə bilməyib — ikinci turda “Auqsburq”, səkkizinci turda Mönhenqladbax “Borussiya”sı və 12-ci turda “Sankt-Pauli” ilə görüşlərdə.
Statistik göstəricilərə əsasən, Harri Keyn orta hesabla hər oyunda bir qoldan artıq nəticə göstərir.