Jurnalist Fulya Öztürk “İran üçün səssiz qala bilmərəm” deyən Hadisəyə qəzəblənib.
KONKRET.az xəbər verir ki, o bu barədə deyib: “Kaş Qəzza üçün də “susa bilmərəm” deyəydiniz, Hadisə xanım. Yaxın Şərqdə nələrin edilməyə çalışıldığını bir az anlamağınızı, xəbərləri izləməyinizi, araşdırma aparmağınızı tövsiyə edirəm. Və ən əsası, Türkiyənin maraqlarını nəzərə alaraq danışmağınızı. Həqiqi Atatürkçülük bunu tələb edir.
Bizim reaksiya göstərəcəyimiz məsələ ABŞ və İsrailin bir ölkədə həyata keçirməyə çalışdığı çevriliş olmalıdır”.
Natiq Səlim,
KONKRET.az