Dünya futbolunun tanınmış simalarından olan David Vilya tarixin ən yaxşı futbolçusunun adını çəkib.
QOL.az xəbər verir ki, İspaniya millisinin sabiq üzvü bir vaxtlar "Barselona"da çiyin-çiyinə mübarizə apardığı Lionel Messinin möhtəşəm oyun performansından danışıb. O, argentinalı superulduzun tarixin ən yaxşısı hesab edilib-edilməməsi ilə bağlı suala birmənalı cavab verib:
"Şübhəsiz ki, odur. Özü də böyük fərqlə. Mən hələ də o fikirdəyəm ki, Messi karyerasını bitirənə qədər dünyanın ən yaxşı oyunçusu olaraq qalacaq".
Vilya həmçinin Messini həm birlikdə oynadığı, həm də rəqib olduğu futbolçular arasında ən güclüsü adlandırıb.
Xatırladaq ki, 8 dəfə "Qızıl top"un sahibi olan Lionel Messi hazırda karyerasını ABŞ-ın "İnter Mayami" klubunda davam etdirir.