İstanbulda gözlənilən güclü qar və əlverişsiz hava şəraiti səbəbindən təhsilə birgünlük ara verilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Qərara əsasən, yanvarın 12-də şəhər üzrə heç bir təhsil müəssisəsində əyani təhsil olmayacaq.
Qəbul edilən qərar dövlət və özəl məktəbləri, eləcə də dövlət təhsil mərkəzləri, ali təhsil müəssisələri, özəl repetitorluq mərkəzləri, sürücülük məktəbləri, müxtəlif özəl kurslar, xüsusi təhsil və reabilitasiya mərkəzlərinə şamil edilib.
Həmçinin, dövlət müəssisələrində və təşkilatlarında çalışan veteranlar, əlillər, hamilə qadınlar və 8 yaşınadək uşağı olan qadın işçilərə də eyni tarixdə inzibati məzuniyyət veriləcək.
Bununla belə, səhiyyə xidmətlərində, təhlükəsizlik bölmələrində və qar təmizləmə qruplarında çalışan işçilər iş başında olacaqlar./Oxu.az
Telegram kanalımız