AZ

“Mançester Yunayted” 44 ildən sonra eyni aqibəti təkrarladı

“Mançester Yunayted” 2025/2026 mövsümündə kubok turnirlərində uğursuz çıxışı ilə diqqət çəkib.

90deqiqe.Az-ın məlumatına görə, “qırmızı şeytanlar” həm Liqa Kuboku, həm də İngiltərə Kubokunda mübarizəni elə ilk mərhələlərdə dayandırıblar.

Mövsümün əvvəlində “Mançester Yunayted” Liqa Kubokunda sensasiyalı şəkildə “Qrimsbi Taun”a məğlub olub. Həmin qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatsa da, penaltilər seriyasında aşağı liqa təmsilçisi üstün olub. Ardınca mankunianlar İngiltərə Kubokunda “Brayton”a 1:2 hesabı ilə uduzaraq turnirlə vidalaşıblar.

Opta statistika mütəxəssisləri maraqlı fakta diqqət çəkiblər. Bildirilir ki, “Mançester Yunayted” sonuncu dəfə həm İngiltərə Kuboku, həm də Liqa Kubokunda ilk raundlarda məhz 1981/1982 mövsümündə mübarizəni erkən başa vurmuşdu.

Qeyd edək ki, hazırda “Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində yeddinci pillədə qərarlaşıb.

Seçilən
16
90deqiqe.az

1Mənbələr