AZ

London klubu kimləri qoruyacaq?

İngiltərə çempionatında liderlik edən “Arsenal” rəhbərliyi aparıcı oyunçularla bağlı qərarlar verib.

"Football-plus.az" xəbər verir ki, London klubu 5 futbolçu ilə müqaviləni yeniləməyi planlaşdırır.

“The Times” qəzetinin məlumatına görə, rəhbərlik müdafiəçi Jurryen Timber ilə müqavilə bağlamağa yaxındı. Klub həmçinin qapıçı David Raya, yarımmüdafiəçilər Mikel Merino və Martin Edeqor və hücumçu Kay Haverts ilə danışıqlar aparmağı planlaşdırır.

Bütün oyunçuların London təmsilçisi ilə hazırkı müqavilələrinin müddəti 2028-ci ilin yayına qədərdi.

Seçilən
35
football-plus.az

1Mənbələr