İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) kəşfiyyat agentliyi Şimali Xorasan əyalətində iki Mossad agentini həbs edib.
Doğru.az xəbər verir ki, Tasnim agentliyinə istinadən saxlanılan şəxslər İranda baş verən iğtişaşların təşkilində əsas rol oynayıblar. Axtarış zamanı onlardan kəşfiyyat avadanlığı, odlu silah və sursat müsadirə edilib.
Bəyanatda qeyd olunur: “İİKK-nın Şimali Xorasan əyaləti üzrə kəşfiyyat təşkilatı Mossadla əlaqəli iki casusu saxlayıb”.
Daha əvvəl ölkənin müxtəlif bölgələrindəki iğtişaşlar nəticəsində İran hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayının 38-ə çatdığı bildirilmişdi.
DOĞRU.AZ