AZ

Gizli qumarxana və kriminal görüş: Bakıda 40 nəfər saxlanıldı

Yanvarın 7-də axşam saatlarında Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 23C ünvanında yerləşən “Baxçalı Saray” şadlıq sarayının həyətində fəaliyyət göstərən eyni adlı restoranda hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.

Məlumatına görə, əməliyyat zamanı 40-a yaxın şəxs saxlanılıb.

İlkin məlumatlara əsasən, restoranın kabinetlərindən birində qumar oyunlarının təşkil edildiyi, digər kabinetdə isə kriminal qruplaşmaların üzvlərinin toplaşdığı müəyyən edilib.

Saxlanılan şəxslərin bir qisminin təşkilatçı, digərlərinin isə iştirakçı olduğu bildirilir.

Hazırda faktla bağlı araşdırma aparılır. Hüquq-mühafizə orqanları tərəfindən məsələ ilə bağlı rəsmi açıqlamanın verilməsi gözlənilir.

Qeyd edək “Baxçalı Saray” şadlıq evi məmurlardan birinə məxsus olsa da İlqar adlı şəxs tərəfindən idarə olunur.

Seçilən
10
ekologiya.az

1Mənbələr