AZ

Tanınmış salon rəhbərindən ağır ittihamlar

“Beaty Time” salonlarının və “Shane” couture – ın rəhbəri arıqlama prosedurundan sonra xəstəxanalıq olduğunu deyir …

NOCOMMENT.az xəbər verir ki, “Beaty Time” gözəllik salonları şəbəkəsinin rəhbəri Könül Həmzəyeva arıqlamaq məqsədilə müraciət etdiyi həkim Pərvanə Hacıyeva ilə bağlı ciddi iddialar irəli sürüb. Pərvanə Hacıyeva “Koreya” klinikasında çalışır.

K. Həmzəyevanın sözlərinə görə, ona “sağlam və təhlükəsiz arıqlama” vədi ilə göbək ətrafına inyeksiya və müxtəlif dərman sistemləri tətbiq olunub. Lakin iddia olunur ki, bu prosedurlardan sonra onun mədə-bağırsaq sistemi kəskin şəkildə pozulub, vəziyyəti ağırlaşıb və qanaxma ilə təcili xəstəxanaya yerləşdirilib.

Könül Həmzəyeva bildirir ki, gecə saatlarında şiddətli ağrılarla xəstəxanaya aparılıb, hətta ilkin mərhələdə reanimasiya şöbəsində müayinə olunmasının vacib olduğu qeyd edilib. Onun sözlərinə görə, vəziyyəti son anda stabilləşdirilərək palataya yerləşdirilib.

Ən çox narazılıq doğuran məqam isə, iddia olunduğuna görə, baş verənlərə baxmayaraq, proseduru icra edən həkim tərəfindən heç bir maraq göstərilməməsi, səhhəti ilə bağlı əlaqə saxlanılmamasıdır.

K. Həmzəyeva həmçinin bildirib ki, müalicə və prosedurlar üçün 15 min manatdan artıq vəsait xərcləyib, lakin nəticə gözlənilən deyil, əksinə, sağlamlığına ciddi zərər dəyib.

“İnsanları arıqlama adı altında bu iynə, dərmanlarla şikəst edirlər” – deyə o, emosional şəkildə bildirib və məsələ ilə bağlı ictimailəşməyə məcbur qaldığını vurğulayıb.

Qeyd edək ki, sözügedən iddialar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. /xalq.online/

Seçilən
19
nocomment.az

1Mənbələr