AZ

“Şəhidlərin əziz xatirəsinə” adlı kitabın təqdimat mərasimi baş tutdu - FOTO

Dağlıq Şirvan Regional Ağsu Rayon Təhsil Sektorunda mənəvi dəyəri və ictimai əhəmiyyəti ilə seçilən mühüm bir tədbir keçirilib.

Redaktor.az xəbər verir ki, Dilman kənd tam orta  ümumtəhsil məktəbinin həmkarlar təşkilatının sədri, şəhid bacısı Ülviyyə Qaniyevanın müəllifi olduğu “Şəhidlərin əziz xatirəsinə” adlı kitabın təqdimat mərasimi baş tutub.

Təqdimat mərasimi şəhidlərimizin müqəddəs xatirəsinə dərin ehtiram ruhunda keçirilmiş, onların Vətən uğrunda göstərdikləri misilsiz qəhrəmanlıq nümunələri bir daha hörmət və qürur hissi ilə yad edilib. Kitabda şəhidlərimizin keçdiyi şərəfli həyat yolu, Vətən sevgisi, fədakarlığı və ailələrinin yaşadığı mənəvi dəyərlər yüksək duyğularla əks olunub.

Ülviyyə xanımın bu kitabı yalnız bir nəşr deyil, eyni zamanda gələcək nəsillər üçün vətənpərvərlik dərsi, şəhidlərimizin əziz xatirəsinə ucaldılmış mənəvi bir abidədir. Şəhid bacısı kimi onun qələmindən süzülən hər bir sətir səmimiyyət, ağrı, qürur və Vətən sevgisi ilə yoğrulmuşdur.

Bu cür tədbirlər gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında, şəhidlərimizin qəhrəmanlıq salnaməsinin yaşadılmasında mühüm rol oynayır.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağsu Rayon Komitəsi Ülviyyə Qaniyevanı bu dəyərli və mənalı kitab münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıb.

22222222222222222222
Seçilən
85
redaktor.az

1Mənbələr