BAKI, 12 yanvar. TELEQRAF
İspaniya Superkubokunun futbol üzrə final matçının ilk hissəsində “Real” və “Barselona” bərabərə qalıb.
Teleqraf xəbər verir ki, Səudiyyə Ərəbistanında keçirilən görüşün birinci yarısı 2:2 hesabı ilə başa çatıb.
“Barselona”nın heyətində qolları 36-cı dəqiqədə Rafinya və 45+4-cü dəqiqədə Robert Levandovski vurub. “Real”ın qolları isə 45+2-ci dəqiqədə Vinisius Juniorun, 45+6-cı dəqiqədə isə Qonsalo Qarsiyanın hesabına yazılıb.
İspaniya Superkuboku: “Real” – “Barselona” oyununda ilk hissə 2:2