Mia.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Nümayişçilərin etirazlarını qulaqardına vurmuruq. Biz onların tələb və problemlərini həll etmək üçün səy göstərir, buna çalışırıq".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian İran dövlət televiziyasına müsahibəsində deyib.
Pezeşkian çıxışında bildirib ki, ölkənin düşmənlərinin iğtişaşları daha da şiddətləndirməyə çalışırlar: "Düşmən ölkəyə təlim keçmiş terrorçular gətirib. Xaos yaradan və üsyan edənlər etiraz edən insanlar deyil. Biz normal və sivil formada olan etirazçıların səsini eşidir, dediyim kmi, onların problemlərini həll etməyə çalışırıq. Lakin bu durumdan istifadə edən, xaos yaradanları da diqqətdən qaçırmırıq. Diqqət edin, ABŞ və İsrail onlara "Xaos yaradın, öldürün, biz də sizi izləyəcəyik" təlimatı verir. Və bunlar bunu edirlər. Xalqımızdan, hər bir ailədən xahiş edirəm ki, uşaqlarını iğtişaş yaradanlardan uzaq tutsunlar."
İran prezidenti iqtisadiyyatı yaxşılaşdırmaq üçün bəzi struktur islahatlarına da getdiklərini açıqlayıb. O bildiirb ki, yaxın gələcəkdə bunun bəhrəsini hər kəs görəcək: "Bizim vəzifəmiz insanların problemlərini həll etmək və onların narahatlıqlarını aradan qaldırmaqdır. Eyni zamanda, xaos yaradanların ölkədə sabitliyi pozmasına imkan verməməliyik"
Yeri gəlmişkən, İrandakı aksiyalarda 120 nəfərə yaxın ölən var.
Tahir Şəlvəli
MİA.AZ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.