AZ

İnsanda su çatışmazlığı ömrü qısalda bilər

Elmi tədqiqatlar insanın içdiyi suyun miqdarı və keyfiyyəti ilə qocalma sürəti arasında birbaşa əlaqə olduğunu sübut edib.

AzPost bildirir ki, genişmiqyaslı bir araşdırmada alimlər suyun qəbulunun xroniki xəstəliklərin inkişafına və ömür uzunluğuna təsir edib-etmədiyini araşdırıblar.

Lancet tibbi jurnalı yeni tədqiqatın nəticələri haqqında məlumat verir.

Araşdırmada orta yaşlı insanlarda sürətlənmiş bioloji qocalmanın və xroniki xəstəliklərin potensial göstəricisi kimi qanda natrium səviyyəsini normal və ya yüksək olması qiymətləndirilib. Tədqiqat susuzluğun vaxtından əvvəl ölümə səbəb ola biləcəyini göstərir.

Bu xroniki xəstəliklər – diabet, xərçəng, ürək xəstəliyi, hipertoniya, osteoporoz, demans və Alzheimer xəstəliyi qocalma ilə əlaqələndirilir:

Lakin bunlar yalnız qocalıqla bağlı deyil. Bir çox digər amillər də onların inkişaf riskini artıra bilər. Xüsusilə, həddindən artıq spirtli içki və tütün istehlakı, fiziki fəaliyyətin olmaması və düzgün olmayan pəhriz buna səbəb olur.

Alimlər susuzluğun qocalma prosesini gecikdirə və yavaşlada biləcəyi fərziyyəsini sınaqdan keçirmək qərarına gəliblər. Onlar 45-66 yaş arası insanlarla tədqiqatlar aparıblar. Alimlər insanın qanındakı natrium miqdarını ölçüblər. Natrium bədəndəki mayelərin tarazlığını qorumağa kömək edə bilən elektrolit olduğundan, bu test insanın susuz qalıb -qalmadığını müəyyən etmək üçün geniş yayılmış bir üsuldur. Normal qan natrium səviyyəsi litr başına 135-145 milliekvivalent (və ya millimol) təşkil edir.

Bu, qan natrium səviyyəsi üçün normal bir diapazon olsa da tədqiqat nəticəsində litr başına 142 millimol və ya daha yüksək natrium səviyyəsinin xroniki xəstəlik riskini 39% artırdığı aşkar edilib. litr başına 144 millimoldan yuxarı səviyyələr vaxtından əvvəl ölüm riskini 21% artırdığı aşkar edilib.

Bu o deməkdir ki, serum natrium səviyyəsi 142 mmol/L və ya daha yüksək olanların gənc yaşda ölmə və ya xroniki xəstəlik inkişaf etdirmə ehtimalı daha yüksəkdir. Başqa sözlə, həkimlər belə bir nəticəyə gəlib ki, xroniki susuzluq ömrü qısalda bilər.

AzPost.az

Seçilən
34
1
azpost.info

2Mənbələr