AZ

Avstraliyada 300 min hektar ərazi yandı 130 ev kül oldu

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Avstraliyanın cənubundakı Viktoriya ştatında baş verən meşə yanğınları davam edir.

525.az “SBS News”a istinadən xəbər verir ki, yanğın təxminən 300 min hektar əraziyə yayılıb, eləcə də çoxsaylı əkin sahələrini əhatə edib.

“ABC News”un məlumatına görə isə, yanğın zamanı 130 ev kül olub, sakinlər üçün təxliyə əmri verilib.

Səlahiyyətlilər yanğın şəraitinin çox qeyri-sabit olduğunu, bununla belə yanğınla mübarizənin davam etdiyini vurğulayıblar.

Bölgədə fövqəladə vəziyyət elan edilib.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
525.az

1Mənbələr