Tovuz, 12 yanvar, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.
“Mercedes” markalı avtobus VAZ-2106 markalı avtomobili ilə toqquşub. Hadisə nəticəsində VAZ-ın sürücüsü xəsarət alaraq Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Avtobusun sərnişinləri arasında xəsarət alan yoxdur. Sərnişinlər digər avtobus vasitəsilə yollarına davam ediblər. Hadisə ilə bağlı araşdırma aparılır.