Bu gün İspaniya Superkubokunun final matçı keçirilib.
QOL.az xəbər verir ki, həlledici görüşdə əzəli rəqiblər "Real"la "Barselona" üz-üzə gəlib.
Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən "El Klasiko" "Barselona"nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Barselona" yarımfinalda "Atletik"i (Bilbao) (5:0), "Real" isə "Atketiko"nu (2:1) mübarizədən kənarlaşdırıb.
İspaniya Superkuboku
"Barselona" - "Real" - 3:2
Qollar: Rafinya,36, 73, Levandovski, 45+4, - J.Vinisius,45+2, Q.Qarsiya, 45+6