ABŞ nüvə silahından istifadə etməklə hədə-qorxu gəlsə belə, Danimarka Qrenlandiyadan imtina etməyəcək.
İnterpress.az xəbər verir ki, Danimarka rəsmisi Qrenlandiya məsələsi ilə bağlı sərt açıqlama verib.
Məlumata görə, Danimarka parlamentinin müdafiə komitəsinin rəhbəri Rasmus Yarlov ABŞ-nin adaya olan marağına kəskin reaksiya göstərib.
Komitə sədri bildirib ki, rəsmi Kopenhagen Qrenlandiyanı heç bir halda güzəştə getməyəcək: “Hətta ABŞ nüvə silahı ilə hədələsə belə, biz Qrenlandiyanı verməyəcəyik”.
Yarlov bu sözləri ilə adanın satılması və ya ABŞ-nin nəzarətinə keçməsi ehtimalını qəti şəkildə rədd edib.
Xuraman Etibarlı
İnterpress.az